Kardioloqlar xəbərdarlıq edirlər ki, arxası üstə uzandıqda nəfəsin kəsilməsi və boğulma hissi zəifləmiş ürəyin və ya yaxınlaşan infarktın göstəricisi ola bilər.
E-saglam.az xəbər verir ki, bu hal ürək çatışmazlığının əsas əlamətlərindən biridir. Uzanarkən bədəndə toplanan qan ürəyə qayıdır, lakin zəif ürək bu yükü qaldıra bilmir. Nəticədə qan ağciyərlərdə toplanaraq nəfəs darlığı və boğulma hissi yaradır.
Həkimlər bildirirlər ki, bu simptomlar müşahidə edilərsə, dərhal kardioloqa müraciət etmək lazımdır, çünki vəziyyət həyati risk daşıya bilər.
Tərcümə: Nəzrin Abbas