Qidalanma
Kofein, duz və şəkər sümüklərə
Qidalanma
119

Kofein, duz və şəkər sümüklərə zərər verə bilər

Endokrinoloq İrina Zyatikova Gazeta.ru-ya açıqlamasında bildirib ki, duz, kofein, şəkər və soda kimi məhsulların həddindən artıq istehlakı sümüklərə mənfi təsir göstərir. O, izah edib ki, bu maddələr orqanizmdən kalsium itkisini sürətləndirir və sümüklərin kövrəkləşməsinə səbəb olur. Məsələn, şəkər bədəndə asidik mühit yaradır və sümüklərdən kalsium istifadə edərək bu asidi neytrallaşdırır.

E-saglam.az xəbər verir ki, Zyatikova əlavə edib ki, 25-30 yaşadək orqanizm sümük toxumasının aktiv böyüməsini təmin edir, bundan sonra isə mineral sıxlığı tədricən azalır.

Toksikoloq Mixail Kutışov isə xəbərdarlıq edib ki, kolbasa, sosiska, bekon, vetçina və tərkibində duz, nitritlər və konservantlar olan digər emal olunmuş qidalar xərçəng riskini artırır və xüsusilə kolon xərçənginə təsir göstərir.

Nəzrin Abbas

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun