"Kozmetik Dermatologiya" jurnalında (2024) yayımlanan araşdırmaya görə, gündəlik yulaf əzməsi istehlakı cild elastikliyinin 40% daha sürətli itməsinə və göz altı torbalarının yaranmasına səbəb olur.
E-saglam.az xəbər verir ki, alimlər bunun səbəbini yulafın tərkibindəki fitik turşusunun sink və kollageni bağlaması ilə izah edirlər.
Mütəxəssislər, bu təsiri azaltmaq üçün yulafın fermentləşdirilməsini məsləhət görür. Yulafı kefirdə bir gecə saxlayaraq və ya C vitamini ilə zəngin meyvələrlə birlikdə yemək fitik turşusunun mənfi təsirini azaldır.
Alternativ olaraq, buğda kimi digər taxıllar dəri üçün daha faydalı sayılır — araşdırmalar onun üz dərisinin nəmini 30%-ə qədər artırdığını göstərir.
Tərcümə: Nəzrin Abbas