Xəstəliklər
Ürək 20 dəqiqə dayanarsa
Xəstəliklər
95

Ürək 20 dəqiqə dayanarsa beyin ölər?

Evində ürək krizi keçirən və 20 dəqiqə sonra ürəyi yenidən döyündürülən müğənni Fatih Ürək reanimasiyada müalicəsini davam etdirir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür hallarda bərpa prosesini əsasən beyin müəyyən edir.

Neyroloq Prof. Dr. Dərya Uludüz deyib ki, beyin oksigensizliyə cəmi 4–6 dəqiqə dözə bilir, 10 dəqiqədən sonra isə davamlı zədələnmə başlayır. Ürək dayandıqda hipokampus və frontal korteks kimi bölgələr ən çox zərər görür.

Lakin sürətli ürək masajı və bədənin soyudulması beyin hüceyrələrini qismən qoruya bilər. Bu üsul beynin 15–20 dəqiqəlik oksigensizliyə tab gətirməsinə imkan yaradır.

Mütəxəssis həmçinin qeyd edib ki, 40 Hz tezlikli musiqi dinləmək, nəfəs məşqləri və yeni dil öyrənmək beynin bərpasını və yaddaş gücünü artırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun