Qidalanma
Soyuqdəymədə toyuq
Qidalanma
157

Soyuqdəymədə toyuq bulyonunun faydaları

Terapevt Anna Xakimova soyuqdəymə zamanı toyuq bulyonunun faydalı olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, Gazeta.Ru-ya müsahibəsində o, bulyondan maksimum yararlanmağın yollarını açıqlayıb.

“Ən faydalı bulyon sərbəst gəzən, bütöv toyuqdan hazırlanandır. Onun əzələlərində iltihabı azaldan karnozin daha çoxdur”, – deyə Xakimova qeyd edib.

Bulyonun faydasını artırmaq üçün yerkökü, soğan, kərəviz və bibər kimi tərəvəzlərin əlavə edilməsini tövsiyə edib. Bu tərəvəzlər antioksidan və prebiyotiklərlə zəngindir, soyuqdəymə zamanı bağırsaq florasının qorunmasına kömək edir.

Həkim bildirib ki, bulyon susuzlaşmanın qarşısını alır, immuniteti gücləndirir və tənəffüs yollarındakı seliyi nazikləşdirir. “Qaynar bulyonun buxarı burun tıkanıklığını yüngülləşdirir, ilıq içkilər isə boğaz ağrısını sakitləşdirir”, – Xakimova əlavə edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun