Sağlamlıq
Qan laxtalanmasının təhlükəli əlamətləri –
Sağlamlıq
83

Qan laxtalanmasının təhlükəli əlamətləri – laqeyd yanaşmayın

Qan laxtalanması (tromboz) orqanizmdə həyati təhlükə yarada bilən ciddi prosesdir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyət erkən mərhələdə aşkar edildikdə qarşısı alınması mümkündür.

Əlamətləri bunlardır:

- Ayaqlarda ağrı və şişkinlik: Xüsusilə baldır nahiyəsində ağrı, toxunduqda istilik və gərginlik hissi trombun formalaşdığını göstərə bilər.

- Dərinin rənginin dəyişməsi: Laxtalanma baş verən hissədə dəri göy, bənövşəyi və ya qızılı rəng ala bilər.

- Nəfəs darlığı və sinə ağrısı: Trombun ağciyərlərə keçməsi (ağciyər emboliyası) qəfil nəfəs almaqda çətinlik və sinə ağrısı ilə müşahidə olunur.

- Ürək döyüntülərinin sürətlənməsi və başgicəllənmə: Qan axınının pozulması nəticəsində ürək ritmi dəyişə bilər.

- Əllərdə və ya ayaqlarda hiss itkisi: Trombun sinirlərə və qan dövranına təzyiqi nəticəsində uyuşma və keyimə yaranır.

Həkimlər bildirirlər ki, bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, təcili tibbi yardıma müraciət etmək lazımdır. Erkən diaqnoz və müalicə trombun böyüməsinin və həyati orqanlara keçməsinin qarşısını ala bilər.

İxtisaslı mütəxəssislər profilaktika məqsədilə uzun müddət hərəkətsiz qalmaqdan qaçmağı, kifayət qədər su içməyi və sağlam qidalanmanı tövsiyə edirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun