Mütəxəssislər bildirirlər ki, qadınlarda menstrual dövrün pozulmasına təkcə xəstəliklər deyil, gündəlik vərdişlər də təsir göstərir. Xüsusilə artıq kofein qəbulu və tez-tez stress hormonal balansı pozan əsas amillərdəndir.
E-saglam.az xəbər verir ki, gündə bir-iki fincandan çox qəhvə və ya tünd çay içmək damar spazmlarına, nəticədə isə ağrılı menstruasiyaya səbəb ola bilər.
Bundan əlavə, artıq kofein sinir sistemini həddindən artıq stimullaşdırır, bu da premenstrüel sindromun (PMS) simptomlarını gücləndirir.
Ginekoloqların sözlərinə görə, davamlı stres zamanı orqanizmdə “stres hormonu” adlanan kortizolun səviyyəsi artır. Bu hormon cinsi hormonların istehsalını zəiflədir, nəticədə menstrual dövrün gecikməsi və nizamsızlığı baş verir.
Həkimlər qadınlara kofeini məhdudlaşdırmağı, istirahət və yuxuya daha çox diqqət ayırmağı tövsiyə edirlər.
Tərcümə: Nəzrin Abbas