Faydalı
Çobanyastığı çayının
Faydalı
123

Çobanyastığı çayının zərərləri

Rahatladıcı təsiri ilə tanınan çobanyastığı çayı tez-tez stress və yuxusuzluğa qarşı təbii vasitə kimi qəbul olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu bitki çayı göründüyü qədər zərərsiz deyil. Həddindən artıq istifadəsi bəzi dərmanlarla qarşılıqlı təsirə girərək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az-ın məlumatına görə diyetoloqlar xəbərdarlıq edirlər ki, çobanyastığı çayı faydalı olsa da, onu ehtiyatlı şəkildə qəbul etmək lazımdır. Gündə 1–3 stəkan içmək tövsiyə olunur, lakin bu miqdarın aşılması ürəkbulanma, allergik reaksiyalar, yuxululuq və qanaxma riskinin artması kimi yan təsirlərə səbəb ola bilər.

Həddindən artıq istifadənin yan təsirləri:

Ürəkbulanma və qusma:

 Çobanyastığı çayı mədəni sakitləşdirmək üçün istifadə olunsa da, həddindən artıq qəbul əks təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, çox miqdarda istehlak ürəkbulanma və nadir hallarda qusma ilə nəticələnə bilər.

Allergik reaksiya:

Çobanyastığı çayı ambroziya, xrizantema və ya qızılgülə qarşı allergiyası olan insanlarda dəri qıcıqlanması, şişkinlik və ya nəfəs darlığı kimi allergik reaksiyalara səbəb ola bilər.

Yuxululuq və yorğunluq:

Yüngül sakitləşdirici təsirə malik olan çobanyastığı çayı, xüsusilə sakitləşdirici dərmanlarla birlikdə qəbul edildikdə, həddindən artıq yuxululuq və yorğunluq yarada bilər.

Qanaxma riski: 

Tərkibindəki kumarin birləşmələri qan durulaşdırıcı dərmanlarla qarşılıqlı təsirə girərək qanaxma riskini artıra bilər.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun