Tədbirlər
Bakıda “YeniSƏN” adlı xanımlar üçün maarifləndirici
Tədbirlər
124

Bakıda “YeniSƏN” adlı xanımlar üçün maarifləndirici tədbir baş tutub

25 Oktyabr tarixində Bakı şəhərində  “World” Karyera və Peşə Mərkəzi və “Ömür Dent”  diş klinikasının təşkilatçılığı ilə  “YeniSƏN” adlı xanımlar üçün maarifləndirici tədbir keçirildi.

E-saglam.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd xanımları yeni innovativ dünyaya hazırlamaq, maarifləndirmək və öz şəxsi inkişafı üzərində işləməyə sövq etmək idi. Tədbirdə 13 Spiker hüquq, təhsil, psixologiya, fərdi inkişaf, ailə daxili sabitlik və digər mövularda 400-ə yaxın xanımı maarifləndirildi.

Tədbirin rəsmi açılışından sonra hərəsi öz sahəsinin peşəkarı olan Spikerlər öz mövzularını forum iştirakçılarına təqdim etdilər.

Bol və faydalı əlaqələrin qurulduğu çay fasiləsindən sonra gənc dizaynerləri əl işlərindən ibarət dəb nümayişi keçirildi.

Forum bol motivasiya və xoş ünsiyyət və yeni dostluqların qurulması ilə yadda qaldı.

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun