Videolar
Videolar
127

Uşaqların psixoloji durumu - "Sağlam Söhbət" podkastının növbəti buraxılışı

Bu dəfə "Sağlam Söhbət" podkastında "Yaşam Çiçəyi" mərkəzinin rəhbəri, psixoloq Günel Hacızadə ilə uşaqların psixoloji durumu və valideynlərin ən çox etdiyi səhvlər barədə danışdıq.

E-saglam.az xəbər verir ki, söhbətdə son illərdə uşaqlarda diqqət problemi, aqressiya və emosional gərginliyin artmasının səbəblərinə toxunduq. Psixoloq qeyd etdi ki, bu hallar ailədaxili münasibətlər, texnologiyadan həddən artıq istifadə və sosial təzyiqlərlə sıx bağlıdır.

Diqqət əksikliyi və hiperaktivlik fərqini, uşaqlarda aqressiv davranışın səbəblərini və valideynlərin evdə diqqəti artırmaq üçün tətbiq edə biləcəyi sadə üsulları da müzakirə etdik. Uşaqlara cəza verməyin, qorxu və müqayisənin psixoloji təsirlərindən də söz açıldı.

Texnologiya, sosial media və ekran asılılığının uşaqların davranış və empatiya qabiliyyətinə necə təsir etdiyini psixoloq ətraflı izah etdi. Həmçinin, boşanma, qısqanclıq və məktəb qorxusu kimi mövzular da diqqət mərkəzində idi.

Ətraflı söhbəti YouTube kanalımızda “Uşaqların psixoloji durumu: Valideynlərin ən çox etdiyi səhvlər” adlı podkastda izləyə bilərsiniz. Hər bir valideyn üçün çox faydalı olacaq.

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun