Qidalanma
Zeytun
Qidalanma
16

Zeytun qocalmanı ləngidir

Qidalanma mütəxəssisləri zeytunun insan sağlamlığı üçün ən faydalı təbii məhsullardan biri olduğunu bildirirlər.

E-saglam.az xəbər verir ki, daimi zeytun istehlakı həm ürək-damar sistemini qoruyur, həm də immuniteti gücləndirir.

Diyetoloq Aygün Abbasovanın sözlərinə görə, zeytun və zeytun yağı omeqa-9 yağ turşuları, E vitamini və antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə iltihab proseslərini azaldır, xolesterin səviyyəsini tənzimləyir və damarların elastikliyini artırır.

Mütəxəssis əlavə edib ki, zeytun qaraciyərin fəaliyyətini dəstəkləyir, toksinlərin bədəndən çıxarılmasına kömək edir və həzm sistemini normallaşdırır. Həmçinin bu məhsul dərinin və saçların sağlam görünüşünü qoruyur, qocalma prosesini ləngidir.

Zeytunun tərkibindəki təbii antioksidantlar – polifenollar və E vitamini – hüceyrələri sərbəst radikallardan qoruyaraq xərçəng riskini azalda bilər.

Həkimlər qeyd edirlər ki, gündə 5–7 ədəd təbii, duzsuz zeytun yemək bədənə kifayət qədər fayda verir. Lakin həddindən artıq istehlak duz balansını poza bilər, buna görə də normanı aşmamaq tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun