Qidalanma
Oftalmoloq: Yaşlılığa qədər göz sağlamlığını qorumağın
Qidalanma
220

Oftalmoloq: Yaşlılığa qədər göz sağlamlığını qorumağın 10 yolu

Oftalmoloq Viktor Massote yaşlılığa qədər göz sağlamlığını qorumaq üçün 10 əsas tövsiyə verib.

E-saglam.az xəbər verir ki, o, “Tera” telekanalına müsahibəsində gözləri qorumağın sadə, lakin təsirli yollarını açıqlayıb.

Mütəxəssisə görə, göz xəstəliklərini vaxtında aşkar etmək üçün mütəmadi olaraq həkim müayinəsindən keçmək vacibdir. O, ultrabənövşəyi şüaların görmə orqanlarının yaşlanmasını sürətləndirdiyini və katarakt riskini artırdığını bildirib. Bu səbəbdən günəşli havalarda keyfiyyətli günəş eynəklərindən istifadə etmək tövsiyə olunur.

Massote həmçinin balanslı qidalanmanın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, A, C və E vitaminləri, sink və omeqa-3 yağ turşuları ilə zəngin məhsullar gözlərin sağlam qalmasına kömək edir.

Həkim siqareti tərgitməyi də vacib sayıb, çünki tütün çəkmək bir çox göz xəstəliklərinin inkişaf riskini artırır. Kompüter və telefon qarşısında uzun müddət işləyənlərə isə gözləri qorumaq üçün mütəmadi fasilələr verməyi tövsiyə edib.

Bundan başqa, oftalmoloq yaxşı işıqlandırmada işləməyi, kontakt linzalara düzgün qulluq etməyi, gözləri ovuşdurmamaq və fiziki fəaliyyət zamanı onları qorumağın vacibliyini qeyd edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun