Mütəxəssislər bildirirlər ki, payız mövsümündə yetişən feyxoa təkcə dadına görə deyil, həm də orqanizm üçün çoxsaylı faydalarına görə “təbii dərman” sayılır.
E-saglam.az xəbər verir ki, vitamin C, lif və antioksidantlarla zəngin olan bu meyvə immun sistemini gücləndirir, soyuqdəymə və infeksiyalardan qoruyur. Mütəxəssislərin sözlərinə görə, feyxoanın tərkibindəki kalium və fenolik birləşmələr ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir, pis xolesterinin azalmasına kömək edir.
Bundan əlavə, feyxoa bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır. Tərkibindəki B qrupu vitaminləri və maqnezium sayəsində sinir sistemini sakitləşdirir, stressi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır.
Meyvənin tərkibindəki təbii antioksidantlar dərini və saçı qidalandırır, iltihab proseslərinin qarşısını alır və bədənin ümumi müqavimətini artırır.
Mütəxəssislər feyxoanı təzə halda, smuzi və ya salatlara əlavə edilərək gündəlik rasiona daxil etməyi tövsiyə edirlər.
Tərcümə: Nəzrin Abbas