Qidalanma
Çiyələyin bilinməyən faydası:
Qidalanma
104

Çiyələyin bilinməyən faydası: Qan şəkərini tənzimləyirmiş

Las Veqasdakı Nevada Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma göstərir ki, prediabet diaqnozu qoyulmuş yetkinlər gündəlik dondurulmuş qurudulmuş çiyələk tozu istehlak etdikdə qan şəkəri səviyyəsi yaxşılaşır, antioksidant müdafiəsi güclənir və damar iltihabı azalır.

E-saglam.az xəbər verir ki, araşdırma “Antioksidantlar” jurnalında dərc olunub.

12 həftə davam edən randomizə edilmiş nəzarətli sınaqda 25 iştirakçıdan bir qrup hər gün 32 qram çiyələk tozu qəbul edib ki, bu da təxminən 2,5 porsiya təzə giləmeyvəyə bərabərdir. Nəticələr göstərib ki, çiyələk tozu qlükoza səviyyəsini azaltmaqla yanaşı, superoksid dismutaz, glutatyon və β-karoten kimi antioksidantların səviyyəsini artırır. Eyni zamanda, aterosklerozla bağlı iltihab markerləri ICAM və VCAM da azalıb.

Dondurulmuş qurudulmuş çiyələk, dondurulma-qurutma üsulu ilə istehsal olunur və təzə çiyələklərin vitamin, antioksidant və dad xüsusiyyətlərinin 95%-ə qədər qorunmasına imkan verir. Toz şəklində olan məhsul smoothie, qatıq və ya çörək məhsullarına əlavə edilə bilir və istifadəsi asandır.

Tədqiqatçılar qeyd edirlər ki, gündəlik çiyələk istehlakı prediabetli şəxslər üçün sadə, dadlı və faydalı pəhriz strategiyası ola bilər, lakin nəticələrin təsdiqlənməsi üçün daha geniş araşdırmalara ehtiyac var.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun