Terapevt Anastasiya Ağayeva bildirib ki, əlavə maddələrsiz qara və yaşıl çaylar sağlamlıq üçün eyni dərəcədə faydalıdır və ürək-damar xəstəlikləri riskini azalda bilər.
E-saglam.az xəbər verir ki, hər iki çay növü güclü antioksidant xüsusiyyətlərə malikdir və orqanizmdə sərbəst radikallarla mübarizə aparır. Sağlam yetkin şəxslər üçün gündə üç-dörd fincan çay içmək normal sayılır. Lakin hamiləlik, laktasiya dövrü və bəzi tibbi hallarda bu miqdarı iki-üç fincana endirmək tövsiyə olunur.
Ağayeva çay paketinin yenidən dəmlənməsinin zərərli olması barədə deyilənlərin mif olduğunu qeyd edib. Onun sözlərinə görə, bu zaman içkinin dadı və faydası bir qədər azalsa da, sağlamlığa mənfi təsir göstərmir.
Bundan əlavə, diyetoloq Nadejda Litvinova-Grazion yemək zamanı şəkərli içkilərdən uzaq durmağı tövsiyə edib. O bildirib ki, bu cür içkilər həzmi poza, qan şəkərində kəskin dəyişikliklər yarada və artıq çəkiyə səbəb ola bilər. Mütəxəssis alternativ olaraq şəkərsiz bitki çaylarını və adi suyu məsləhət görüb.
Tərcümə: Nəzrin Abbas