Tibbi xəbərlər
Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsi üçün
Tibbi xəbərlər
125

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsi üçün 65,6 milyon manat ayrılacaq

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsi və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə gələn il üçün ümumilikdə 65,6 milyon manat vəsait ayrılacaq.

E-saglam.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.

Sənədə əsasən, ayrılan vəsaitin 64,1 milyon manatı Milli Onkologiya Mərkəzinə, 1,5 milyon manatı isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün nəzərdə tutulub.

Bu göstərici 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun