Xəbərlər
Beyləqanda heyvan bazarında monitorinq aparılıb -
Xəbərlər
129

Beyləqanda heyvan bazarında monitorinq aparılıb - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayonunun İkinci Aşıqlı kəndində yerləşən heyvan bazarında monitorinq həyata keçirilib.

E-saglam.az xəbər verir ki, yoxlama zamanı heyvanların saxlanılması, satışı və daşınması prosesi, eləcə də bazardakı sanitar-gigiyenik vəziyyət qiymətləndirilib. Monitorinqin nəticələrinə əsasən, əvvəlki göstərişlərə baxmayaraq, bir sıra nöqsanların aradan qaldırılmadığı müəyyən edilib. Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün bazar sahibinə icrası məcburi göstərişlər verilib.

AQTA-nın məlumatına görə, müxtəlif mənşəli heyvanların eyni məkanda saxlanılması və satışı infeksiya törədicilərinin yayılmasına, nəticədə yoluxucu xəstəliklərin riskinin artmasına səbəb ola bilər.

Bu risklərin qarşısını almaq məqsədilə Respublikanın baş dövlət baytarlıq müfəttişinin qərarına əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə üzrə heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun