Qidalanma
Alimlər kurkuminin melanoma müalicəsini gücləndirdiyini
Qidalanma
99

Alimlər kurkuminin melanoma müalicəsini gücləndirdiyini aşkar ediblər

İmmanuel Kant adına Baltik Federal Universitetinin “Ağıllı materiallar və biotibbi tətbiqlər” Elmi-Təhsil Mərkəzinin alimləri kurkumin maddəsindən istifadə edərək melanoma (dəri xərçəngi) ilə mübarizədə yeni, daha effektiv üsul kəşf ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqat nəticəsində məlum olub ki, hətta ultra aşağı dozada kurkumin, dərmanların melanoma hüceyrələrinə çatdırılmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu barədə Rusiya Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Elm adamlarının sözlərinə görə, kurkumin melanomanın inkişafında iştirak edən hüceyrə və molekulyar proseslərə təsir göstərir. Onlar bu maddəni yüksək molekulyar hialuron turşusu əsasında yaradılmış polimer filmə daxil ediblər. Bu yanaşma, maddənin zəif həllolma qabiliyyətinə baxmayaraq, dərmanların hədəf hüceyrələrə çatdırılmasını daha səmərəli və təhlükəsiz edir.

Tədqiqatın müəlliflərindən biri, ITMO Universitetinin baş elmi işçisi Pyotr Snetkov bildirib:

“Kurkumin az miqdarda istifadə olunsa belə, dərman çatdırılmasını xeyli effektivləşdirir. Bu üsulun üstünlüyü həm sadə texnologiyada, həm də melanoma hüceyrələrinə qarşı yüksək aktivlikdədir”.

Mütəxəssislər hesab edirlər ki, bu yenilik xərçəng terapiyasında təbii maddələrdən istifadə üçün yeni imkanlar açır. Yeni sistem yan təsirləri minimuma endirərək müalicə prosesini daha təhlükəsiz və məqsədyönlü edə bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun