Qidalanma
Çörəyi soyuducuda
Qidalanma
82

Çörəyi soyuducuda saxlamaq olar?

Son zamanlar çörəyin dondurucuda saxlanmasının onun faydasını artırdığı barədə iddialar yayılıb. "Avropa Klinik Qidalanma" Jurnalında dərc olunan araşdırma bu fikirləri qismən təsdiqləyib.

E-saglam.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, çörəyin soyudulması və ya dondurulması onun nişasta strukturunu dəyişdirir. Bişirmə zamanı nişasta jelləşir və orqanizm tərəfindən daha asan həzm olunur, bu da qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Lakin çörək soyuduqda və xüsusilə dondurulduqda, bu nişastalar yenidən bərkiyir və “müqavimətli nişasta”ya çevrilir. Belə nişastalar daha çətin həzm olunur, nəticədə qlükoza daha yavaş sorulur və insulin səviyyəsi sabit qalır.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, dondurulmuş çörək qan şəkərinin kəskin qalxmasının qarşısını ala bilər, bu da uzunmüddətli dövrdə piylənmə, ürək-damar və metabolik xəstəliklər riskini azaldır.

Bununla belə, elm adamları çörəyi birbaşa dondurucudan yeməyi məsləhət görmürlər. Ən yaxşı nəticə, dondurulmuş çörəyi əvvəlcə mikrodalğalı sobada əridib, sonra tosterdə və ya tavada qızdırdıqda əldə olunur. Təcrübələr göstərib ki, bu üsul qlükoza səviyyəsinin artmasını 25–39% azalda bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun