Qaraciyərdə ləkə — bu orqanda təsadüfən aparılan ultrasəs və ya MRT müayinəsi zamanı aşkarlanan, müxtəlif mənşəli dəyişikliklərdir. Həkimlərin sözlərinə görə, belə ləkələr bəzən zərərsiz ola bilər, lakin bəzi hallarda ciddi xəstəliklərin göstəricisidir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, qaraciyərdə ləkələrin yaranmasının əsas səbəbləri bunlardır:
- uzunmüddətli dərman qəbulu;
- spirtli içkilərdən istifadə;
- piylənmə və qaraciyər piy distrofiyası;
- virus hepatitləri (B və C tipi);
- hormonal pozğunluqlar və metabolik xəstəliklər.
Həkim-terapevtlərin fikrincə, əksər hallarda bu ləkələr xoşxassəli olur — məsələn, hemanqioma və ya kista kimi formalaşmalar. Lakin bəzən onlar qaraciyər sirrozu və ya xərçəngin ilkin əlaməti ola bilər.
Mütəxəssislər xəbərdarlıq edir:
“Əgər qaraciyərdə ləkə aşkar olunubsa, panikaya düşmək lazım deyil. Vacib olan həkim göstərişlərinə əsasən əlavə müayinələrdən keçmək və səbəbi dəqiqləşdirməkdir”.
Profilaktika məqsədilə həkimlər düzgün qidalanma, alkoqoldan uzaq durma və ildə azı bir dəfə qaraciyər müayinəsi aparmağı tövsiyə edirlər.
Nəzrin Abbas