Xəbərlər
Alkoqollu içkilər və siqaret üçün aksiz
Xəbərlər
124

Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır.

E-saglam.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə 4,8 manat aksiz dərəcəsi tətbiq olunur.
Layihəyə əsasən, bu məhsullar üçün aksiz dərəcəsi 5 manata qaldırılır.

Aksiz dərəcəsi energetik içkilərin hər litrinə 3,1 manatdan 3,3 manata, tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə 0,4 manat 0,5 manata yüksəldilir.

Aksiz dərəcəsi siqarillanın (nazik siqarlar), tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 45,5 manatdan 55 manata qaldırılır.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun