Tibbi xəbərlər
İcbari tibbi sığorta çərçivəsində verilən ambulator dərmanlar üçün yeni müqavilə
Tibbi xəbərlər
171

İcbari tibbi sığorta çərçivəsində verilən ambulator dərmanlar üçün yeni müqavilə forması təsdiqləndi

Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi forması təsdiqlənib.

E-saglam.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Müqavilə sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması məqsədilə aptek təşkilatı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında münasibətləri tənzimləyəcək.

Aptek təşkilatı müvafiq qanun və bu müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara pozitiv siyahıya daxil olan dərman vasitələrinin reseptə uyğun buraxılmasını, Agentlik isə qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürəcək.

Qeyd edək ki, sığortaolunlar ambulator şəraitdə istifadə olunan bir sıra dərman vasitələrini artıq icbari tibbi sığorta hesabına əldə edə biləcəklər. Bu dərman vasitələrinin siyahısını Dövlət Agentliyinin təsdiqləyəcəyi "Pozitiv siyahı" ilə müəyyən ediləcək.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun