Faydalı
İsti duş keçəlliyə
Faydalı
81

İsti duş keçəlliyə səbəb ola bilər

İngiltərəli trixoloq və saç transplantasiyası üzrə mütəxəssis Dr. Vəcid Əli Ənvər çox isti duş qəbul etməyin saç sağlamlığına ciddi zərər vurduğunu bildirib. Bu barədə The Daily Star məlumat yayıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, həddindən artıq isti su baş dərisini qurudur, onun təbii qoruyucu yağ təbəqəsini məhv edir və nəticədə saçların kövrəkləşməsi və tökülməsi baş verir.

“Çox isti duş baş dərisində iltihaba səbəb olur, təbii yağları yuyur və saç kütikülünü zədələyir. Bu zaman saç şaftı susuz qalır, kövrəklik yaranır və ‘qəfil keçəllik’ adlandırılan vəziyyət ortaya çıxır”, – deyə həkim bildirib.

Ənvərin sözlərinə görə, saç tökülməsinə meylli insanlar üçün yüksək temperatur problemi daha da ağırlaşdıra bilər.

Mütəxəssis suyun temperaturunu 37-39°C arasında saxlamağıduşun 5 dəqiqədən artıq çəkməməsini tövsiyə edib. O qeyd edib ki, yatmazdan əvvəl qısa duş dəridəki kir və tər qalıqlarını təmizləyərək follikulların qıcıqlanmasının qarşısını alır.

Səhər duş qəbul edənlərə isə həkim sərin su seçməyi və baş dərisini aqressiv şəkildə təmizləməkdən çəkinməyi məsləhət görüb.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun