Təcili Tibb Elmi-Tədqiqat İnstitutunun kəskin termal zədələnmələr şöbəsinin müdiri, həkim Aleksey Saçkov insanların yanıqlara ilk yardım zamanı ən çox buraxdığı səhvlər barədə xəbərdarlıq edib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, "xalq üsulları" ilə müalicə — məsələn, yanmış nahiyəyə sidik, kartof, yerkökü və ya digər ev vasitələrinin tətbiqi — təhlükəlidir və vəziyyəti daha da ağırlaşdıra bilər. Həkim bildirib ki, bu cür yanlış üsullar infeksiya risqini artırır və yanıqların sağalmasını ləngidir.
Dermatoloq Polina Rajova da qeyd edib ki, yanıqların müalicəsi onların dərəcəsindən asılıdır. O, təsirlənmiş nahiyəni sərin su ilə soyutmağı, lakin buzu birbaşa dərinin üzərinə qoymamağı tövsiyə edib.
Saçkov əlavə edib ki, yanıq ağrısını spirtli içkilər və ya dərmanlarla azaltmağa çalışmaq da zərərlidir, çünki bu, qaraciyər və böyrəklərə ciddi təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, yanıq hallarında ən düzgün addım dərhal həkimə müraciət etməkdir. Ev şəraitində edilən yanlış müdaxilələr ağırlaşmalara, çapıqlara və infeksiyalara səbəb ola bilər.
Tərcümə: Nəzrin Abbas