Qidalanma
Nar qabığının faydaları: Təbii antibiotik
Qidalanma
130

Nar qabığının faydaları: Təbii antibiotik təsiri göstərir

Mütəxəssislər bildirir ki, nar qabığı tərkibindəki güclü antioksidant və antibakterial maddələr sayəsində orqanizm üçün bir çox faydaya malikdir. Xüsusilə immun sistemini gücləndirir, həzm prosesini yaxşılaşdırır və bədəni toksinlərdən təmizləyir.

E-saglam.az xəbər verir ki, Mütəxəssislər bildirir ki, nar qabığı tərkibindəki güclü antioksidant və antibakterial maddələr sayəsində orqanizm üçün bir çox faydaya malikdir. Xüsusilə immun sistemini gücləndirir, həzm prosesini yaxşılaşdırır və bədəni toksinlərdən təmizləyir.

Həkimlərin sözlərinə görə, nar qabığında olan polifenollar və flavonoidlər bədəndə iltihabı azaldır, hüceyrələrin yenilənməsini sürətləndirir və erkən qocalmanın qarşısını alır.

Tədqiqatlar göstərir ki, nar qabığından hazırlanmış çay və ya toz formada istifadə olunan ekstrakt soyuqdəymə, boğaz ağrısı və mədə-bağırsaq problemlərinə qarşı da effektiv təsir göstərir.

Bundan əlavə, nar qabığının müntəzəm istifadəsi xolesterinin səviyyəsini tənzimləyir, diş ətini möhkəmləndirirdəriyə antibakterial təsir göstərir.

Mütəxəssislər nar qabığının təbii şəfalı xüsusiyyətlərinə baxmayaraq, onun ölçülü və həkim məsləhəti ilə istifadəsini tövsiyə edirlər.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun