Kulinariya
Azərbaycan “Ən yaxşı kulinariya destinasiyası”  seçildi -
Kulinariya
98

Azərbaycan “Ən yaxşı kulinariya destinasiyası” seçildi - FOTOLAR

Belçikanın paytaxtı Brüsseldə keçirilən “Qlobal Turizm Forumu”nun (GTF) illik görüşündə Azərbaycan “Destinasiya mükəmməlliyi” kateqoriyasında “Ən yaxşı kulinariya destinasiyası” nominasiyasının qalibi olub.

E-saglam.az xəbər verir ki, mükafatı Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev qəbul edib. Tədbirdə Azərbaycan Turizm Bürosu iki sənaye tərəfdaşı ilə birlikdə “Experience Azerbaijan” stendi ilə ölkəmizi təmsil edib.

Forumda turizm sənayesinin beynəlxalq liderləri, siyasətçilər və sənaye nümayəndələri turizmin gələcək inkişaf istiqamətləri, dayanıqlı inkişaf və innovasiyalar mövzusunda fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində BMT Turizmin İcraiyyə Şurasının Baş katibi Şaixa Al Novais, Türk Dövlətləri Təşkilatının Baş katibi Səfir Kubanıçbek ÖmüralıyevÖzbəkistan Turizm Komitəsinin sədri Umid Şadiyev ilə görüşlər keçirilib.

Bundan başqa, Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Belçika–Azərbaycan Ticarət PalatasıAzərbaycan Turizm Bürosunun dəstəyi ilə Brüsseldə Azərbaycan turizminin inkişafına həsr olunmuş şəbəkələşmə tədbiri baş tutub.

Rəşad Əliyev çıxışında ATB-nin Azərbaycanın turizm potensialının təşviqi istiqamətində həyata keçirdiyi yeni təşəbbüslər və davam edən fəaliyyətlər barədə məlumat verib.

Qeyd edək ki, “Qlobal Turizm Forumu” dövlət və özəl sektor nümayəndələrini bir araya gətirən, beynəlxalq turizmin dayanıqlı inkişafı və gələcək strategiyalarının müzakirə olunduğu aparici beynəlxalq platformalardan biridir.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun