Sağlamlıq
Həkim ağrıkəsicilərin təhlükəli təsirlərinə qarşı
Sağlamlıq
115

Həkim ağrıkəsicilərin təhlükəli təsirlərinə qarşı xəbərdarlıq edib

Nefroloq Aleksey Reznikov xəbərdarlıq edib ki, ağrıkəsicilərin uzunmüddətli və nəzarətsiz istifadəsi böyrəklərə ciddi zərər verə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Həkimin sözlərinə görə, xüsusilə fenasetin, aspirinqeyri-steroid iltihab əleyhinə dərmanlar (NSAID) böyrək funksiyasına mənfi təsir göstərir. Bu dərmanların mütəmadi və nəzarətsiz istifadəsi xroniki böyrək zədələnməsinə, nəticədə isə hemodializ və ya böyrək transplantasiyası ehtiyacına səbəb ola bilər.

Reznikov bildirib ki, ağrıkəsicilərin törətdiyi böyrək zədələnməsi çox vaxt gec mərhələdə aşkar edilir, çünki xəstəlik ilkin dövrlərdə özünü büruzə vermir. İnsanlar baş, diş və ya oynaq ağrısını aradan qaldırmaq üçün ağrıkəsiciləri qəbul etməyə davam edir və bununla da vəziyyəti daha da ağırlaşdırırlar.

Daha əvvəl həkimlər Maita Masa, Rosa Perez və Iria Migens də parasetamolun düzgün istifadə edilmədiyi hallarda böyrək çatışmazlığına və ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun