Dietoloq Jessica Felipe insanların sağlam qalması üçün beş zərərli qidanı menyudan tamamilə çıxarmağı tövsiyə edib.
E-saglam.az xəbər verir ki, o, bu barədə “Tera” telekanalına müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, əriştə tərkibində çoxlu miqdarda natrium və qoruyucu maddələr saxlayır. Bu maddələrin artıq qəbulu böyrəkləri yükləyir və qan təzyiqinin yüksəlməsinə səbəb olur.
Felipe həmçinin kolbasadan uzaq durmağı məsləhət görür, çünki bu məhsulun tez-tez istehlakı bağırsaq xərçəngi riskini artırır.
Mütəxəssis üçüncü zərərli qida kimi hamburgerləri qeyd edib. Onların tərkibindəki yüksək kalori, doymuş yağlar və kimyəvi qatqılar piylənmə, insulin müqaviməti və ürək-damar xəstəliklərinə gətirib çıxara bilər.
O, həmçinin qızardılmış ət və qazlı içkilərin də menyudan çıxarılmasını tövsiyə edib. Felipe bildirib ki, bu məhsulların tez-tez qəbulu orqanizmdə iltihabı artırır və metabolik pozğunluqlara səbəb olur.
Tərcümə: Nəzrin Abbas