Pulmonoloq Jose: “Sağlam insan bir dəqiqədə 40 dəfə stuldan qalxa bilər”.
E-saglam.az xəbər verir ki, pulmonoloq Rikardo Jose insanın ümumi sağlamlıq vəziyyətini cəmi bir dəqiqədə müəyyən etməyin sadə üsulunu açıqlayıb. Onun sözlərinə görə, “oturub-qalxma” testi ağciyərlərin, ürək-damar sisteminin və əzələlərin fəaliyyətini qiymətləndirməyə imkan verir.
Test üçün arxası divara söykənmiş stuldan istifadə olunur. İştirakçı əllərindən istifadə etmədən stuldan ayağa qalxır və yenidən oturur. Bir dəqiqə ərzində bu hərəkəti neçə dəfə etdiyini saymaq lazımdır.
Həkimin bildirdiyinə görə, 40 yaşadək sağlam yetkin insan dəqiqədə təxminən 40 dəfə qalxa bilir. Orta yaşlılarda bu göstərici 30-40, 70 yaşdan yuxarı şəxslərdə isə 20-30 dəfə arasında dəyişir.
Jose xəbərdarlıq edib ki, yorğun, başgicəllənmə və ya ürəkbulanma hiss edən, həmçinin xəstəlik və ya spirtli içkinin təsiri altında olan şəxslər testi keçirməməlidir.
Daha əvvəl diyetoloq Oksana Mixaleva qan təzyiqini aşağı salmağa kömək edən məhsulları sadalayaraq, xüsusilə çuğundur yeməyi tövsiyə etmişdi.
Tərcümə: Nəzrin Abbas