Tibbi xəbərlər
Saxta fəaliyyəti müəyyən olunan 45 işçinin hamısı plastik cərrahdır -
Tibbi xəbərlər
110

Saxta fəaliyyəti müəyyən olunan 45 işçinin hamısı plastik cərrahdır - RƏSMİ

45 həkimin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərməsi aşkar edilib.

E-saglam.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva deyib.

Onun sözlərinə görə, ötən ay 160 özəl tibb müəssisəsində plandankənar, 90 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb.

Ən çox nöqsan sertifikasiya şəhadətnaməsi, lisenziyası olmadan və lisenziyadan kənar özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı olub.

Xəyalə Əliyeva deyib ki, yoxlamalar vətəndaş müraciətləri əsasında aparılır.

Analitik Ekspertiza Mərkəzinin rəsmisi qeyd edib ki, sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi müəyyən edilən 45 nəfər plastik cərrahdır.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun