Qidalanma
Yemək sonrası dişləri qoruyan
Qidalanma
98

Yemək sonrası dişləri qoruyan 4 qida

İspaniya həkimi Esther Gomez yeməkdən sonra dişləri fırçalamaq mümkün olmadıqda ağız sağlamlığını qorumaq üçün alma, kərəviz, yerkökü və çiyələk yeməyi tövsiyə edib.

E-saglam.az xəbər verir ki, ekspertin sözlərinə görə, bu məhsullar diş və diş ətlərindəki lövhələri mexaniki olaraq təmizləyir və emayeye zərər verən ləkələri azaltmağa kömək edir. Xüsusilə alma tüpürcək istehsalını stimullaşdırır və qəhvə, tütün və qırmızı şərab kimi rəngləyici maddələrin təsirini neytrallaşdırır.

Yerkökü və kərəviz sıx toxumaya malik olduğu üçün çeynəmə zamanı dişləri təmizləyir və tüpürcək axını artırır, bu da emayenin qorunmasına kömək edir. Çiyələk isə malik turşusu və ksilitol tərkibi ilə həm dişləri yumşaq ağardır, həm də bakteriyaların sayını azaldır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun