Qidalanma
Səhər yeməyi üçün ideal
Qidalanma
107

Səhər yeməyi üçün ideal vaxt açıqlanıb

Mütəxəssislər səhər yeməyinin bədənin enerji balansı və metabolizmin normal fəaliyyəti üçün vacib olduğunu bildirirlər.

E-saglam.az xəbər verir ki, onların tövsiyəsinə görə, səhər yeməyi oyanışdan sonra 30–60 dəqiqə ərzində qəbul edilməlidir.

Məsələn, saat 7-də oyanan şəxslər üçün ideal vaxt 7:30–8:00 aralığıdır. Bu, gün ərzində diqqət və konsentrasiyanı artırmaqla yanaşı, enerji səviyyəsini uzun müddət yüksək saxlayır.

Həkimlər səhər yeməyində zülal, lif və sağlam yağlar olan qidaların olmasını tövsiyə edirlər. Belə qidalar həm doyurucu olur, həm də bədənin gün boyu aktiv qalmasına kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun