Qidalanma
Gül kələminin
Qidalanma
145

Gül kələminin sağlamlığa faydaları

Mütəxəssislər gül kələminin (karnabaharın) həm immun sisteminə, həm də ümumi sağlamlığa böyük fayda verdiyini bildiriblər.

E-saglam.az xəbər verir ki, tərkibində bol miqdarda C vitamini, K vitamini, fol turşusu və lif olan bu tərəvəz orqanizmi zərərli maddələrdən təmizləməyə kömək edir.

Dietoloqların sözlərinə görə, gül kələmi antioksidant xüsusiyyətlərə malikdir və hüceyrələrin zədələnməsinin qarşısını alır. Bu xüsusiyyət sayəsində xərçəng və ürək-damar xəstəliklərinin riskini azalda bilər.

Gül kələmi həmçinin həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaqlarda sağlam mikrofloranın qorunmasına və qəbizliyin qarşısının alınmasına kömək edir. Aşağı kalorili olduğuna görə arıqlamaq istəyənlər üçün də ideal qidadır.

Mütəxəssislər onu qaynadılmış, buğda bişirilmiş və ya sobada yüngül qızardılmış formada qəbul etməyi məsləhət görürlər.

Dietoloqlar bildiriblər ki, gül kələmini müntəzəm şəkildə pəhrizə daxil etmək toxluğu artırır, immuniteti gücləndirir və maddələr mübadiləsini sürətləndirir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun