Faydalı
Evdə xalçanı təmizləməyin ən
Faydalı
116

Evdə xalçanı təmizləməyin ən effektiv üsulları

Xalçalar, xüsusilə uşaqların və ev heyvanlarının olduğu evlərdə tez çirklənir və toz topladığı üçün allergiyanın əsas mənbəyi ola bilər.

E-saglam.az xəbər verir ki, "Lenta.ru" evdə xalçanı təmizləmək üçün ən sadə və effektiv üsulları təqdim edir.

Ümumi tövsiyələr:

- Həftədə 1-2 dəfə tozsoranla süpürmək kifayətdir. Uşaq və heyvan varsa, təmizləmə daha tez-tez aparılmalıdır.

- Nəm təmizləmə ildə ən azı bir dəfə, ideal olaraq altı ayda bir həyata keçirilməlidir.

- Xalçanı çox islatmaqdan çəkinin, rütubət qoxu və küfə səbəb ola bilər.

- Ləkələri təmizləməyə dərhal başlamaq daha effektivdir.

Ev vasitələri ilə təmizləmə:

- Soda: Quru və nəm təmizləmədə istifadə olunur, köhnə ləkələri çıxarır.

- Sirkə: Soda ilə birlikdə xalçanın təzə görünüşünü bərpa edir.

- Süfrə duzu: Yağlı ləkələri çıxarır.

- Çamaşır sabunu və ammonyak: Köhnə və yağlı ləkələr üçün uyğundur.

- Limon turşusu: Çay və qəhvə ləkələrini aradan qaldırır.

- Buz və qar: Yapışqan maddələri və toz gənələrini çıxarmaq üçün istifadə olunur.

- Nişasta və pudra: Yağlı ləkələr üçün effektivdir.

- Buxar generatoru: Xalçanı təravətləndirir və bakteriyalardan azad edir.

Peşəkar məhsullar:

Xalça təmizləyici tozlar, şampunlar və ləkə çıxarıcı spreylər də effektivdir, lakin istifadə qaydalarına diqqət yetirmək vacibdir.

Sadə ev vasitələri və düzgün texnika ilə xalçanı uzun müddət təmiz və təravətli saxlamaq mümkündür.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun