Harvard həkimləri gün boyu enerjili qalmaq istəyənlərə pəhrizlərinə bu 5 qidanı əlavə etməyi tövsiyə edirlər.
E-saglam.az xəbər verir ki, bu barədə "Infobae" məlumat yayıb. Mütəxəssislərin sözlərinə görə, tünd şokolad diqqəti və konsentrasiyanı artırmağa kömək edir, lakin onu az miqdarda qəbul etmək vacibdir.
Enerji çatışmazlığı yaşayanlara banan tövsiyə olunur — tərkibindəki təbii şəkər və kompleks karbohidratlar sayəsində orqanizmə sürətli enerji verir.
Bundan başqa, yaban mersini, alma və çili bibəri də enerji səviyyəsini dəstəkləyən qidalar sırasında yer alır.
İçkilər mövzusunda isə həkimlər yaşıl çay və sadə suya üstünlük verməyi məsləhət görürlər.
Tərcümə: Nəzrin Abbas