Qidalanma
Soğan suyunun gözlənilməz faydaları: Saçdan ürəyə qədər
Qidalanma
136

Soğan suyunun gözlənilməz faydaları: Saçdan ürəyə qədər təsir göstərir

Soğan yalnız yeməklərə ləzzət qatan tərəvəz deyil, həm də bir çox xəstəliklərin qarşısını almağa kömək edən təbii müalicə vasitəsidir. Mütəxəssislərin fikrincə, soğan suyunun tərkibindəki güclü antioksidantlar və antibakterial maddələr immun sistemini gücləndirir, bədəni zərərli toksinlərdən təmizləyir.

E-saglam.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislər bildirirlər ki, soğan suyu tənəffüs yolları infeksiyalarına, öskürəyə və boğaz ağrısına qarşı təsirlidir. Onun tərkibində olan “kversetin” adlı təbii birləşmə orqanizmdə iltihabın azalmasına, qan dövranının yaxşılaşmasına və ürək-damar xəstəliklərinin riskinin azalmasına kömək edir.

Soğan suyu həmçinin saç tökülməsinə qarşı effektiv vasitə kimi tanınır. Saç dərisini qidalandırır, saç köklərini gücləndirir və yeni saçların çıxmasını stimullaşdırır. Gündəlik istifadə zamanı saçların parlaqlığını və elastikliyini artırır.

Bundan əlavə, bu təbii içki həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmdən artıq mayeni xaric edir və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir.

Həkimlər qeyd edirlər ki, soğan suyu təbii vasitə olsa da, onu çox miqdarda qəbul etmək düzgün deyil. Xüsusilə mədə və ya bağırsaq problemi olan şəxslər istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun