Sağlamlıq
Köpəklərlə ünsiyyət qadınlarda bioloji
Sağlamlıq
31

Köpəklərlə ünsiyyət qadınlarda bioloji yaşlanmanı yavaşladır

E-saglam.az xəbər verir ki, Florida Atlantik Universitetindən professor Şeril Krause-Parellonun da iştirak etdiyi tədqiqatın nəticələri Behavioral Sciences jurnalında dərc olunub.

Araşdırmaya görə, itlərlə həftədə cəmi bir saatlıq ünsiyyət telomerlərin — hüceyrə yaşlanmasının əsas göstəricisinin — uzunluğunu artırır. Telomerlər DNT-nin xromosomların ucundakı hissələridir və onların uzun qalması hüceyrələrin gənc və sağlam qalmasına kömək edir.

Tədqiqatda 32–72 yaş arası travma sonrası stress pozğunluğu (TSSB) diaqnozu qoyulmuş 28 qadın veteran iştirak edib. Qadınların bir qismi səkkiz həftə ərzində itlərin təlimində iştirak edib, digərləri isə yalnız bu prosesin videolarına baxıblar. Nəticədə, itlərlə çalışan qadınlarda telomerlərin uzunluğu artıb, yəni bioloji yaşlanma yavaşlayıb. Digər qrupda isə telomerlərin qısalması müşahidə olunub.

Eyni zamanda, bütün iştirakçılarda stress və narahatlıq səviyyəsi azalıb. Mütəxəssislər bildirirlər ki, bu nəticə həm də heyvanlarla emosional təmasın psixoloji rahatlaşdırıcı təsiri ilə bağlı ola bilər.

Elm adamları gələcəkdə oxşar tədqiqatların kişi veteranlar və digər əhali qrupları arasında da aparılmasının vacibliyini vurğulayır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun