Qidalanma
Həkimlər: Probiotiklər bəzi hallarda sağlamlıq üçün
Qidalanma
106

Həkimlər: Probiotiklər bəzi hallarda sağlamlıq üçün təhlükə yarada bilər

Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri probiotiklərin üç əsas mənfi cəhətini açıqlayıblar.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu məhsullar hər zaman canlı qalmaz, bütün insanlarda eyni təsir göstərməz və bəzən ciddi fəsadlara – o cümlədən sepsisə – səbəb ola bilər.

Seçenov Universitetinin Ümumi Gigiyena kafedrasının professoru Mixail Çikindas bildirib ki, probiotiklərin raf ömrü bitənədək canlı qalması və hər bir insanda eyni nəticə verməsi barədə fikirlər səhvdir. “Xüsusilə immun sistemi zəif olan şəxslərdə probiotiklər bəzən təhlükə yarada bilər və sistem infeksiyalarına səbəb ola bilər. Buna görə də istənilən dərman və ya bioloji əlavə qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir,” – deyə o qeyd edib.

Mütəxəssislər probiotiklərin mənfi təsirlərinin qarşısını almaq üçün onları postbiotiklərlə – yəni probiotiklərin tullantı məhsulları ilə – əvəz etməyi tövsiyə ediblər. Postbiotiklər immun sistemi dəstəkləyir, iltihab əleyhinə təsir göstərir və zərərli bakteriyaların artmasının qarşısını alır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun