Qidalanma
Həkim: Şirniyyata həddindən artıq istək bədəndə mineral
Qidalanma
102

Həkim: Şirniyyata həddindən artıq istək bədəndə mineral çatışmazlığının göstəricisidir

E-saglam.az xəbər verir ki, Belarus Dövlət Tibb Universitetinin terapevti və diyetoloq Regina Sadikova bildirib ki, bəzən müəyyən qidalara qarşı yaranan güclü istəklər bədəndən gələn siqnallar ola bilər. Onun sözlərinə görə, şirniyyata olan həddindən artıq meyil maqnezium və ya xrom çatışmazlığını göstərə bilər.

“Bu minerallar beynin zövq mərkəzlərinin fəaliyyətində iştirak edir. Onların çatışmazlığı zamanı orqanizm enerjini və xoş hissi təmin etmək üçün şirniyyata yönəlir,” – deyə mütəxəssis qeyd edib.

Həkim əlavə edib ki, duzlu qidalara canatma isə çox vaxt stress, böyrəküstü vəzilərin zəifləməsi və ya fiziki fəaliyyət zamanı natrium itkisi ilə əlaqəlidir.

Sadikova bildirib ki, belə halların qarşısını almaq üçün pəhrizdə lif, probiotik və prebiotiklərlə zəngin qidalar yer almalıdır. Bu maddələr bağırsaq mikroflorasını bərpa edir, həzmi yaxşılaşdırır və orqanizmin qida balansını tənzimləməyə kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun