Qidalanma
Çayı çox isti halda içmək
Qidalanma
85

Çayı çox isti halda içmək sağlamlığa zərərlidir

Diyetoloq və qastroenteroloq Nuria Dianova bildirib ki, çayın həddindən artıq və ya çox isti halda istehlakı sağlamlıq üçün təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq və qastroenteroloq Nuria Dianova bildirib ki, çayın həddindən artıq və ya çox isti halda istehlakı sağlamlıq üçün təhlükəli ola bilər.

Mütəxəssisin sözlərinə görə, 60 dərəcədən yüksək temperaturda içilən çay yemək borusunun selikli qişasına zərər verə və hətta xərçəng riskini artıra bilər. Həmçinin, çox miqdarda çay istehlakı böyrəklərdə oksalat daşlarının əmələ gəlməsi və aritmiya riskini artırır.

Dianova qeyd edib ki, çayın tərkibindəki kofein sinir sistemini həddindən artıq aktivləşdirir və bu, yuxusuzluq, qıcıqlanma və taxikardiyaya səbəb ola bilər. Xüsusilə mədə xorası və pankreatitdən əziyyət çəkənlərə çay içmək məsləhət görülmür.

Bununla yanaşı, həkim vurğulayıb ki, orta miqdarda və normal temperaturda içilən çay faydalıdır. O, antioksidant təsir göstərərək qaraciyərin fəaliyyətini dəstəkləyir və metabolizmanı yaxşılaşdırır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun