Saç quruluğu həm görünüşü, həm də saç sağlamlığını mənfi təsir edə bilər.
E-saglam.az xəbər verir ki, ekspertlər bildirir ki, düzgün qidalanma, nəmləndirici maskalar və istilikdən qorunma saç quruluğunun qarşısını almağa kömək edir.
Mütəxəssislər xüsusilə omeqa-3, vitamin A, E və biotinlə zəngin qidaların qəbulunu tövsiyə edir. kakos, zeytun və badam yağı ilə saç uclarına maska tətbiq etmək saçın təbii nəmini bərpa edir. Həmçinin, saçların həddindən artıq isti su ilə yuyulmaması və istilikdən qoruyucu məhsulların istifadəsi vacibdir.
Ətraf mühitin təsirini azaltmaq üçün günəşdən və duzlu, xlorlu sudan qoruyucu spreylərdən istifadə edilməlidir. Mütəxəssislər deyir ki, bu sadə üsullar saçın sağlam, parlaq və nəmlənmiş qalmasına kömək edir.
Nəzrin Abbas