Son araşdırmalar göstərir ki, bada südü təkcə dadlı içki deyil, həm də sağlamlıq üçün bir sıra faydalar təqdim edir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu içki xüsusilə ürək-damar sistemi, sümük sağlamlığı, həzm sistemi və cinsi sağlamlıq üçün faydalıdır.
Badam südü təbii antioksidantlarla zəngindir, iltihabı azaldır, bədənə lazım olan vitamin və mineralları təmin edir və cinsi zəifliyin azalmasına kömək edir. Eyni zamanda, laktoz tərkibli olmadığından, süd məhsullarına qarşı həssaslığı olan insanlar üçün ideal alternativdir.
Mütəxəssislər gündəlik pəhrizə bir stəkan bada südünün daxil edilməsini tövsiyə edir və onun xüsusilə səhər yeməyi zamanı faydalı olduğunu bildirirlər.
Tərcümə: Nəzrin Abbas