Həkim David Callejo “Deia” nəşrinə açıqlamasında bildirib ki, şəkərsiz Coca-Cola içmək sağlamlıq üçün düşündüyümüz qədər zərərsiz deyil. Onun sözlərinə görə, bu içki ilə bağlı xoşagəlməz həqiqət ondan ibarətdir ki, tərkibində şəkər olmasa da, orqanizmə mənfi təsir göstərən dadandırıcı maddələr var.
E-saglam.az xəbər verir ki, bu süni dadlandırıcılar bağırsaq mikrobiomunun balansını pozur, həzmi zəiflədir və şirniyyata olan istəyi artırır.
Callejonun sözlərinə görə, şəkərsiz qazlı içkilərin müntəzəm istifadəsi ürək-damar xəstəlikləri riskini artırır və uzunmüddətli perspektivdə erkən ölüm ehtimalını yüksəldə bilər. Bununla belə, o, adi şəkərin dadlandırıcılardan da zərərli olduğunu qeyd edib və hər iki variantın da sağlam qidalanma üçün məqbul hesab olunmadığını vurğulayıb.
Tərcümə: Nəzrin Abbas