Hər kəs sağlam və uzun ömür sürmək istəyir, lakin bunun sirri sadə gündəlik vərdişlərdə gizlənir. Tanınmış həkim Aleksandr Myasnikov uzunömürlülüyün əsasını təşkil edən dörd vacib qaydanı açıqlayıb. Onun sözlərinə görə, bu prinsiplərə əməl etməklə insan həm bədən, həm də zehni sağlamlığını qoruyub illərlə gümrah qala bilər.
E-saglam.az xəbər verir ki, Dr. Myasnikovun sözlərinə görə, uzun ömür üçün birinci qayda — kaloriləri məhdudlaşdırmaq və masanı bir qədər aclıq hissi ilə tərk etməkdir.
İkinci qayda — fiziki aktiv olmaq. Həkim gündə azı bir saat gəzməyi məsləhət görür və vurğulayır ki, “addımların sayı o qədər də vacib deyil, əsas olan hərəkətdə qalmaqdır”.
Üçüncü qayda — beyni daim məşğul saxlamaqdır. Bunun üçün hər gün kitab oxumaq və ya audio kitablar dinləmək tövsiyə olunur.
Dördüncü qayda — emosional dəstək və sevgi mühitidir. Myasnikovun fikrincə, insanın ətrafında onu anlayan və sevən birinin olması sağlamlıq və uzunömürlülük üçün ən vacib amillərdəndir.
Tərcümə: Fəxriyyə Adil