Səhər oyananda üzünüzdə, göz ətrafında və ya əllərinizdə şişkinlik hiss edirsiniz? Bu, milyonlarla insanın qarşılaşdığı ümumi problemdir. Bəs bu vəziyyəti azaltmaq və qarşısını almaq üçün nə etmək olar?
E-saglam.az-ın məlumatına görə sosial şəbəkələrdə “Şişkinlikdən qurtulmağın 3 asan yolu”, “Qarın niyə şişir?” kimi başlıqlı saysız paylaşımlara rast gəlmək mümkündür. Onların çoxu “əbədi tonlanmış bədən” və “təbii arıqlama” vədi ilə milyonlarla baxış toplayır. Bəziləri sadə və faydalı məsləhətlər versə də (məsələn, yatmazdan əvvəl spirtdən və artıq yeməkdən çəkinmək), digərləri elmi sübutu olmayan üsullara əsaslanır.
Şişkinliyin əsas səbəblərindən biri alkoqolun orqanizmə təsiridir. Reddit-də paylaşılan “içkidən əvvəl və sonra” fotolarında istifadəçilərin üzündə və bədənində yaranan aydın şişkinlik fərqlənir. Maraqlıdır ki, bu hal yalnız çox içənlərdə deyil, bəzən arada bir içki qəbul edən insanlarda da müşahidə olunur.
Mütəxəssis Stanislava Çeçulinanın sözlərinə görə, duzlu yeməklər də şişkinliyə səbəb ola bilər.
Duz qanda natrium səviyyəsini artırır, böyrəkləri suyu saxlamağa məcbur edir və toxumalar arasında maye yığılmasına səbəb olur,” – deyə o bildirib.
Çeçulina əlavə edib ki, tort, şirniyyat, qazlı içkilər və meyvə şirələrinin həddindən artıq qəbulu da ödem yaradır. Bu qidalar orqanizmin su-duz balansını pozaraq şişkinliyi artırır.
Tərcümə: Fəxriyyə Adil