Faydalı
Bu şorba qripdən qoruyur-
Faydalı
101

Bu şorba qripdən qoruyur- resept

Soyuq havalarla birlikdə qrip və soyuqdəymə halları artır. Bununla yanaşı, immunitet sistemini gücləndirən təbii reseptlərə də tələbat yüksəlir. Mütəxəssislərin fikrincə, qış aylarında müntəzəm şəkildə istehlak edilən bu şəfalı şorba, soyuqdəyməyə qarşı ən təsirli təbii qoruyucu vasitələrdən biridir.

E-saglam.az xəbər verir ki, mütəxəssis-diyetoloqların fikrincə, xüsusilə zəncəfil, sarımsaq, yerkökü, soğan və kərəvizlə hazırlanan tərəvəz şorbası orqanizmin müqavimətini artırır. Zəncəfilin iltihabəleyhinə, sarımsağın isə antibakterial xüsusiyyətləri bu şorbanı təbii antibiotikə çevirir.

Həftədə 2–3 dəfə bu şorbanı içmək qış xəstəliklərindən qorunmağa kömək edir. Aşağı kalorili tərkibi sayəsində çəkiyə nəzarət etmək istəyənlər üçün də ideal seçimdir.

İmmuniteti gücləndirən bu şorbanın tərkibinə aşağıdakılar daxildir:

1 ədəd rəndələnmiş təzə zəncəfili

2 diş sarımsaq

1 kök

1 kiçik kərəviz

1 soğan

1 çay qaşığı zeytun yağı

1 litr su və ya tərəvəz suyu

Tərəvəzlər yüngülcə qızardılır, suda qaynadılır və sonra qarışdırılır. 

Zövqə görə bir az limon suyu və qara bibər ilə süfrəyə verilir.

Tərcümə: Fəxriyyə Adil 

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun