Mütəxəssislər bildirirlər ki, süni intellektlə dəstəklənən rəqəmsal terapevt tətbiqləri psixo-təhsil və emosiyaların izlənməsi baxımından faydalı ola bilər. Lakin onlar vurğulayırlar ki, bu texnologiyalar terapiyanın əsasını təşkil edən insani bağın yerini tuta bilməz.
E-saglam.az-ın məlumatına görə mütəxəssis qeyd edib ki, anonimlik bəzi insanlara hisslərini ifadə etməyi asanlaşdırır, lakin davamlı psixoloji bərpa üçün real insan əlaqəsi vacibdir. “Rəqəmsal söhbətlər ilk addımı asanlaşdıra bilər, lakin davamlı sağalma emosiyalarla üzləşməyi və etibarlı münasibət qurmağı tələb edir,” – deyə Dr. Öz bildirib.
Doktor Tayfun Öz, süni intellektin tamamilə rədd edilməməsi lazım olduğunu, lakin onun nəticələrinin dəqiq müəyyən edilməli olduğunu bildirdi.
O, gələcəkdə insanların giriş asanlığı və mühakimə qorxusunun aşağı olması səbəbindən süni intellektə etibar edə biləcəyini vurğuladı. Bununla belə, davamlı dəyişiklik, etik məsuliyyət və həqiqi emosional narahatlıq yalnız insanlar arasında mümkündür.
Tərcümə: Fəxriyyə Adil