Gözəllik-dəb
Dəri və oynaqların yaşlanmasını
Gözəllik-dəb
86

Dəri və oynaqların yaşlanmasını necə önləmək olar?

Təbii olaraq dəridə, göz mayelərində, əzələlərdə və oynaqlarda mövcud olan hialuron turşusu “qocalma əleyhinə” birləşmə kimi tanınır. Lakin yaş artdıqca onun miqdarı azalır və bu maddə müəyyən qidalar vasitəsilə bədənə əlavə olunmalıdır.

E-saglam.az xəbər verir ki, hialuron turşusu kosmetikadakı önəmi sayəsində son illərdə populyarlaşan, dərini dolğun və parlaq göstərdiyi üçün “gənclik peyvəndi” adlandırılan bir molekuldur. Lakin onun təsiri yalnız dəri ilə məhdudlaşmır — bədəndə təbii şəkildə mövcud olan bu nəmləndirici maddə göz və oynaq sağlamlığında da mühüm rol oynayır. Daxili Xəstəliklər Mütəxəssisi Dr. Dilara Palabıyık hialuron turşusunun çox vaxt diqqətdən kənarda qalan bu faydalarını belə izah edir:

Su tutma qabiliyyəti sayəsində dəriyə nəmlik, dolğunluq və sağlam görünüş verir, incə qırışları azaldır.

Birləşdirici toxumalarda yaraların sağalmasını sürətləndirir, toxumaların bərpasını və infeksiyadan qorunmanı dəstəkləyir.

Oynaqlarda səthləri yağlayaraq hərəkəti asanlaşdırır və artrit müalicəsində inyeksiya formasında istifadə olunur.

Göz mayelərinin tərkibində yer alır, süni göz yaşı damlalarında istifadə edilərək quruluq və sancmanı azaldır.

Diş əti xəstəliklərinin müalicəsində faydalı sayıldığı üçün bəzi diş pastaları və qarqaraların tərkibində olur.

Hialuron turşusunun təbii mənbələri:

-Portağal, qreypfrut və limon: Sitrus meyvələri, xüsusilə portağal, qreypfrut və limon orqanizmin hialuron turşusu istehsalını dəstəkləyən C vitamini ilə zəngindir.

-Toyuq: Qığırdaq növü olan toyuq hialuron turşusu ilə zəngindir.

-Yağlı balıqlar: Xüsusilə yağlı balıqlar hialuron turşusu ilə də zəngindir.

-Qaragilə: Güclü antioksidant olan antosiyanin ehtiva edir. Bu, hialuron turşusunun parçalanmasının qarşısını alır. Onlar həmçinin C vitamini ilə zəngindirlər və kollagen istehsalını dəstəkləyirlər. Fibroblast hüceyrələrini qoruyaraq, hialuron turşusu istehsalına dolayısı ilə töhfə verirlər.

Tərcümə: Fəxriyyə Adil

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun