Tədbirlər
Süd vəzi xərçəngi fərqindəlik ayı çərçivəsində maarifləndirici görüş keçirilib -
Tədbirlər
123

Süd vəzi xərçəngi fərqindəlik ayı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTOLAR

Süd vəzi xərçəngi fərqindəlik ayı çərçivəsində Orzax Azərbaycan ofisində maarifləndirici görüş təşkil olunub. Tədbirdə həkim-onkoloqlar, xəstəliyi yaşamış qadınlar və sosial fəal iştirakçılar bir araya gələrək süd vəzi xərçəngi mövzusunda müzakirələr aparıblar.

E-saglam.az xəbər verir ki, görüşün məqsədi xərçəng haqqında ictimai məlumatlılığı artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və qadınlarda öz sağlamlıqlarına qarşı məsuliyyət hissini gücləndirmək olub.

Tədbir zamanı şirkətin həkim əməkdaşı və dəvət olunan onkoloq mütəxəssis süd vəzi xərçənginin müasir müalicə üsulları, profilaktik tədbirlərerkən aşkarlanmanın həyati rolu barədə iştirakçılara geniş məlumat veriblər.

Xəstəliyi geridə qoymuş qadınların paylaşdığı şəxsi həyat hekayələri tədbir iştirakçılarına ümid, motivasiya və inam aşılayıb.

Orzax Azərbaycan nümayəndələri bildirib ki, şirkət sağlam cəmiyyətin formalaşmasına töhfə verməyi, qadın sağlamlığı ilə bağlı fərqindəlik yaratmağıhər bir qadının sağlam gələcəyi üçün dəstək olmağı prioritet istiqamətlərindən biri hesab edir.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun