Qidalar tərkibindəki vitamin və minerallar sayəsində bədənimizə fayda verir. Lakin bəzi qidalar var ki, içərisindəki toksinlər səbəbindən sağlamlığımız üçün təhlükə yaradır. Bu toksinləri tamamilə aradan qaldırmaq mümkün olmasa da, toksin miqdarı az olan qidaları seçmək ən doğru yoldur. Bəs, bədənimizə zərər verəcək qədər yüksək miqdarda toksin daşıyan qidaların hansılar olduğunu bilirsinizmi?
E-saglam.az sağlamlığımızı təhlükə altına alan və uzaq durulması tövsiyə olunan toksinli qidaları təqdim edir:
Ət məhsulları:
Ət, tərkibindəki hormonlar, klinbuterol və benzopiren kimi maddələr səbəbindən toksin baxımından zəngindir. Bu maddələr orqanizmdə yığıldıqda bağırsaq florasında pozğunluqlara, immun sisteminin zəifləməsinə, ödemə (bədəndə su yığılmasına), yuxu pozğunluqlarına və qidaların sorulmasının çətinləşməsinə səbəb ola bilər.
Bəs yüksək toksin yüklənməsinin nəticələri nədir?
Bədəndə toksinlərin toplanması aşağıdakı nəticələrə yol aça bilər:
- Bağırsaq mikroflorasında dəyişiklik
- İmmunitetin zəifləməsi
- Ödəm və iltihab
- Yuxu pozğunluğu
- Qidaların bədən tərəfindən çətin mənimsənilməsi
Qeyd edək ki, daim sağlam qalmaq üçün təbii və az işlənmiş qidalar seçmək, qırmızı ət və emal olunmuş məhsulların istifadəsini azaltmaq lazımdır. Bu, bədəndə toksinlərin toplanmasının qarşısını alır və ümumi sağlamlıq səviyyəsini yüksəldir.
Tərcümə: Nəzrin Abbas